Yoxlama matçı
Növbəti mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən “Xəzər Lənkəran” bu gün ikinci yoxlama oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, cənub təmsilçisi Kapadokya bölgəsində gerçəkləşən təlim-məşq toplanışındakı ikinci sınağında “Kasımpaşa” ilə üz-üzə gələcək. Daha əvvəl aşağı dəstə klubu “Niğdespor”a minimal hesabla (1:0) qalib gələn Yunis Hüseynovun yetirmələri Superliqa təmsilçisinə də gücünü göstərməyə çalışacaq.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Yoxlama oyunu
14 iyul
19:30. “Kasımpaşa” (Türkiyə) – “Xəzər Lənkəran” (Azərbaycan)
Nevşehir stadionu
saytlarin hazirlanmasi