Əl-Şaaravi rəsmən "Monako"da

01:32 - 14 İyul 2015

Fransa təmsilçisi futbolçunu icarəyə götürdü
 
“Milan”ın hücumçusu Stefan Əl-Şaaravi karyerasını Fransada davam etdirəcək.
 
Sportal.az xəbər verir ki, 22 yaşlı italiyalı futbolçu növbəti mövsümü “Monako”da icarə əsasında keçirəcək.
 
Dünən tibbi baxışdan uğurla keçən futbolçu Fransa klubunda ilinə 2 milyon avro qazanacaq. Tərəflər arasında razılığa əsasən müqavilənin şərtlərinə belə bir bənd əlavə olunub ki, “Monako” gələcəkdə Əl-Şaaravinin transfer hüququnu tam almaq istəyərsə, “rossonerilər”ə 16 milyon avro ödəyəcək.
 
Qeyd edək ki, ötən mövsüm A seriyasında 18 oyun keçirən futbolçu 3 qol vurub və 3 məhsuldar ötürmə edib.    

Xəbər xətti