Karlos Tevesi 50 min azarkeş qarşıladı

02:43 - 14 İyul 2015

“Boka Xuniors” yeni transferini təqdim etdi
 
“Boka Xuniors” klubu yeni futbolçusu Karlos Tevesi içtimaiyyətə təqdim edib.
 
Sportal.az xəbər verir ki, karyerasını Argentina təmsilçisində davam etdirəcək Karlos Tevesin görüşünə 50 min azarkeş gəlib.
 
“Boka Xuniors”un ev oyunlarını keçirdiyi stadionda təqdimetmə mərasimində argentinalı uluduzu möhtəşəm azarkeş ordusu dəstəkləyib. 2001-2005-ci illərdə “Boka Xuniors”da forma geyinmiş Teves yenidən doğma komandasına qayıtdığına görə sevinc hissləri keçirdiyini deyib.  
 
Qeyd edək ki, 2013-cü ildən “Yuventus”da çıxış 31 yaşlı hücumçu iki dəfə İtaliya çempionu olub. Bundan savayı turinlilərin heyətində ölkə kuboku və İtaliya superkubokunu qazanan  futbolçu ötən mövsüm Çempionlar Liqasının finalına  qədər irəliləyib.                   

Xəbər xətti