Futbolçularımız baş məşqçisiz qaldı

10:59 - 14 İyul 2015

"Boluspor" Ümit Ozatla yollarını ayırıb

 

Premyer Liqamızın bombardiri Nurlan Novruzovla yenicə anlaşan "Boluspor" klubunda ayrılıq yaşanıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bolu təmsilçisi baş məşqçi Ümit Ozatla yollarını ayırıb. Təxminən 1 ay əvvəl müqavilə imzalayan Ozatla niyə yolların ayrıldığı barədə məlumat verilmir.

 

Qeyd edək ki, digər azərbaycanlı futbolçu Ruslan Tağızadə də bir neçə gün əvvəl “qırmızı-ağlar”la müqavilə bağlayıb.

Xəbər xətti