Muarem Türkiyə klubunda ilk matçına çıxdı FOTO

11:48 - 14 İyul 2015

Oyuna ikinci yarıda daxil olub

 

"Qarabağ"ın sabiq futbolçusu Muarem Muaremin şərəfini qoruduğu "Əskişəhərspor" növbəti mövsüm hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Superliqa təmsilçisi toplanış çərçivəsində ilk yoxlama matçını keçirib. 


“qırmızı-qaralar”  Özbəkistanın  "Olmaliq"  komandası ilə üz-üzə gəlib. Görüş türkiyəlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 


Muarem oyuna ikinci yarıda daxil olub. Makedoniyalı yarımmüdafiəçi bununla da, yeni komandasının forması altında ilk matçına çıxıb.

 

 

Xəbər xətti