UEFA "Neftçi"nin futbolçularını cəzalandıracaq

13:40 - 14 İyul 2015

"Mladost"la oyundakı olaylara görə

 

Sabah UEFA-nın İntizam Komitəsi Avropa Liqasının birinci təsnifat mərhələsinin oyunlarında baş verən olaylara hüquqi qiymət verəcək. 

 

Sportal.az xəbər verir ki, müzakirəyə çıxarılacaq məsələlər  içərisində "Neftçi" ilə Çernoqoriyanın "Mladost" klubu arasındakı cavab görüşündən sonra baş verən olaylar da var.

 

Qeyd edək ki, həmin oyunun final fiti səslənən kimi "ağ-qaralar"ın ehtiyat oyunçular skamyasında əyləşən Maksim Vaylo ilə Rahil Məmmədov dərhal meydana atılaraq, rəqib futbolçularla davaya səbəb olmuşdular.

Xəbər xətti