İtaliyalı idmançıda xərçəng aşkarlanıb
Tur de Frans veloyürüşündə Rusiyanın şərəfini qoruyan "Tinkoff-Sasko" komandası itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, italiyalı peşəkar velosipedçi İvan Basso yarışı vaxtından əvvəl dayandırmaq məcburiyytində qalıb. Beləki, velosipedçiyə müayinələrin birində xərçəng diaqnozu qoyulub. O, bu bəd xəbəri Tur de Fransın ilk istirahət günündə alıb. Ənənəvi müayinədən sonra Bassoda xərçəng şişi aşkarlanıb və o təxirəsalınmaz müalicə üçün yarışmadan ayrılmalı olub.