Klubların ictimai təşkilata çevrilməsi daha önəmlidi
AFFA prezidenti Rövnəq Abdullayev bu gün jurnalistlərlə görüşündə maraqlı açıqlamalar verib.
Sportal.az xəbər verir ki, federasiya rəhbəri futbolun inkişafına dair yeni dövlət proqramının hazırlanması ilə bağlı fikirlərini bildirib: "Yeni dövlət proqramında klublara maliyyə yardımı ilə bağlı bənd yoxdu. Biz qarşımıza yüksək hədəflər qoymuşuq. Çünki 2020-ci ildə Avropa çempionatının bir neçə oyunu Bakıda keçiriləcək. Elə çalışmalıyıq ki, Azərbaycan millisi həmin AÇ-nin final mərhələsində iştirak edə bilsin.Ümumiyyətlə, klubların uğurlu çıxışı üçün pul ən vacib məsələ deyil. Klubların ictimai təşkilata çevrilməsi daha önəmlidi, nəinki bir şəxsdən asılı olması".
saytlarin hazirlanmasi