Yoxlama matçı
AZAL yeni mövsümə hazırlığını davam etdirir.
Sportal.az xəbər verir ki, "təyyarəçilər” gündə 1 dəfə olmaqla məşq edir. Bu gün isə paytaxt klubu növbəti yoldaşlıq oyununu keçirib. AZAL 19 yaşa qədər futbolçulardan ibarət Azərbaycan millisi (U-19) ilə qarşılaşıb.
"AZAL Arena”da baş tutan görüşdə Tərlan Əhmədovun yetirmələri rəqibini 3:2 hesabıyla yenib. Hesabı açan və matçda son nöqtəni qoyan U-19 millisi olsa da, AZAL bu aralıqda 3 qol vurmaqla qələbəyə sevinib. Komandanın heyətində Elmin Çobanov, Ruslan Nəsirli və Rüfət Musayev fərqlənib.
saytlarin hazirlanmasi