Xorvatiyalı futbolçuya "Bayer" də müştəri çıxdı

01:13 - 15 İyul 2015

Bundesliqa təmsilçisi Kovaçiçlə danışıqlar aparır
 
“İnter” klubunun yarımmüdafiəçisi Mateo Kovaçiç karyerasını Almaniyada davam etdirməyə yaxındır.
 
Sportal.az xəbər verir ki, baş məşqçi Roberto Mançinin 21 yaşlı futbolçunun xidmətindən imtina etməsi Leverkuzen “Bayer”ini hərəkətə gətirib.
 
Xorvatiyalı futbolçunu transferiylə bağlı Bendesliqa təmsilçisi milanlılarla danışıqlara başlayıb. Lverkuzenlilərlə yanaşı, Kovaçiçi heyətinə cəlb etməkdə “Yuventus” və “Liverpul” klubları da mübarizə aprırlar.
 
Qeyd edək ki, ötən mövsüm A seriyasında 35 oyuna çıxan futbolçu 5 qol vurub və 4 məhsuldar ötürmə edib.         

Xəbər xətti