Kasilyas "Porto"da neçə nömrə geyinəcək?

01:27 - 15 İyul 2015

Təcrübəli qolkiper seçimini etdi
 
“Real”ın əfsanəvi qapıçısı sayılan İker Kasilyasın Portuqaliya klubuna keçidi rəsmləşib.
 
Sportal.az xəbər verir ki, Madirid təmsilçisinin düşərgəsini tərk edən 34 yaşlı qolkiper “Porto”yla 2 illik müqavilə bağlayıb.
 
İspaniya yığmasının əsas qapıçısı Portuqaliya təmsilçisində neçə nömrəli formada çıxış edəcəyini hamı maraqla gözləyirdi. Təcrübəli “çərçivə” qoruyucusu “Porto”da “12” nömrəli formanı seçib. Klubun əsas qolkiperi kimi sayılan Elton isə “1” nömrəli mayka altında çıxış edəcək.          
 

Xəbər xətti