Rza Çalımbay: “Biz onlarla Mustafa Dənizlinin vaxtında da qarşılaşmışdıq”
“Hesabın necə olacağı vacib deyildi. Əsas olan futbolçularla tanışlıq idi”.
Sportal.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”la hazırlıq oyunundan (2:0) sonra “Kasımpaşa”nın baş məşqçisi Rıza Çalımbay deyib.
Komandaya yeni gəldiyini və futbolçuların da məşqçi heyətini tanımadığını qeyd edən Çalımbay yaxşı hazırlıq oyunu keçirdiklərini bildirib:
“İstədiyimizi aldıqmı? Hesab olaraq bəlkə də hə, ancaq oyun olaraq təbii ki yox. Bugünkü oyunun çox üst səviyyəsində çıxış etməliyik. Komandamız tam hazır deyil. Bundan sonrakı Avropada keçirəcəyimiz hazırlıq dönəmi və orda oynayacağımız oyunlar daha vacibdi” deyə, Çalımbay bildirib.
“Kasımpaşa”nın Türkiyə Super Liqasındakı hədəfləri haqqında da danışan baş məşqçi əsas məqsədlərinin ilk “onluğ”a düşmək olduğunu qeyd edib:
“Komanda olaraq yekunda ilk “onluq”da olmalıyıq, ancaq hələ çox əksiklərimiz var. Bir neçə transfer etməliyik. Onları edə bilsək, inşallah istədiyimiz nəticəni qazana biləcəyik”.
Təcrübəli mütəxəssis “Xəzər Lənkəran” haqqında da fikirlərini bölüşüb:
“Rəqib haqqında məlumatımız var idi. Tanıdığımız bir komandadı. Biz onlarla Mustafa Dənizlinin vaxtında da qarşılaşmışdıq. Tanıdığımız, bildiyimiz futbolçulardı. Bu bir hazırlıq matçıdı, məğlubiyyət əsas deyil, bəlkə onlar da qalib gələ bilərdi, ancaq bu dəfə biz qalib gəldik”.
saytlarin hazirlanmasi