"Qalatasaray"ın futbolçusu rəsmən İspaniyada

02:43 - 15 İyul 2015

“Real Sosyedad” Brumayla razılığa gəldi  
 
"Qalatasaray"ın heyətində nadir hallarda meydana çıxan Bruma növbəti mövsümü İspaniyada keçirəcək.  
 
Sportal.az xəbər verir ki,  "Real Sosyedad" portuqaliyalı futbolçunu düşərgəsinə  icarə əsasında qatıb.
 
Brumayla 1 illik anlaşan La Liqa təmsilçisi onu növbəti mövsümdə sınaqdan çıxaracaq. Əgər futbolçu özünü yaxşı tərəfdən göstərərsə, İspaniya təmsilçisi 8 milyon avro ödəyərək portuqaliyalının transfer hüququnu istanbullulardan alacaq. 

Xəbər xətti