"Qəbələ"dən ayrılan futbolçu Türkiyə klubunda

10:58 - 15 İyul 2015

3-cü dəfə "Samnsunspor"da

 

"Qəbələ"dən ayrılan nigeriyalı futbolçu Ekiqo Ehiosun karyerasını yenidən Türkiyədə davam etdirəcək.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə PTT 1-ci liqa təmsilçisi "Samsunspor" Ekiqonu  heyətinə qatıb. Əlavə edək ki, Ehiosun iki fərqli vaxtda Samsun təmsilçisinin heyətində çıxış edib. 

 

Qeyd edək ki, onunla yaxın günlərdə rəsmi müqavilənin imzalanacağı gözlənilir. 

Xəbər xətti