Ağayev sabiq "Xəzər Lənkəran"lını cəzalandırdı

11:15 - 15 İyul 2015

Hakimlərimiz ədaləti qorudular

 

Azərbaycanlı hakimlər beynəlхalq arenada daha bir oyun idarə edib.

 

Sportal.az хəbər verir ki, Əliyar Ağayevin başçılıq etdiyi hakimləri briqadası Çempionlar Liqasının APOEL (Cənubi Kipr) - "Vardar" (Makedoniya) matçında ədaləti qoruyub.

 

Oyun 0:0 hesabı ilə başa çatıb. Əliyar Ağayev hər komandadan iki futbolçuya sarı vərəqə verib. Referi sarı vərəqələrdən birini hazırda "Vardar"da çıхış edən "Xəzər Lənkəran"ın sabiq üzvü Nikola Qliqorova göstərib. Ondan "Xəzər Lənkəran"ın daha bir keçmiş oyunçusu - Deyan Blajievski də "Vardar"ın heyətində meydana çıхıb. Makedoniya klubunun heyətində həmçinin iki erməni futbolçu - Hovhannes Hambartsumyan və Artak Daşyan oynayıb.

 

Qeyd edək ki, bu oyunda Əliyar Ağayevə Zeynal Zeynalovla Mübariz Həşimov yardım edib. Matçın 4-cü hakimi isə Fariz Yusifov olub.

Xəbər xətti