Millimizin məşqçiləri evləndi

12:57 - 15 İyul 2015

Oleq Stepko da qatıldı

 

Azərbaycanın sərbəst güləş və bədii gimnastika üzrə yığma komandalarında çalışan əcnəbi məşqçilər bir-biri ilə ailə qurub.

 

Sportal.az xəbər verir ki, yeniyetmə güləşçilərdən ibarət millinin məşqçisi Mariyan Stoynevlə bədii gimnastika yığmasının köməkçi-məşqçisi Yasena Kuyumciyeva Bolqarıstanda nikaha giriblər.

 

Onların toyu Sofiyadakı "İzbata" kompleksində olub. Mərasimə Azərbaycanın bədii gimnastika üzrə millisinin baş məşqçisi Mariana Vasilyeva və "Bakı-2015" I Avropa Oyunlarında 5 medal qazanmış idman gimnastı Oleq Stepko da qatılıb. (Report)

Xəbər xətti