"Şaxtyor" superkuboka yiyələnib
Ukrayna superkubokunun yeni qalibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, həlledici görüşdə "Dinamo" (Kiyev) və "Şaxtyor" (Donetsk) klubları üz-üzə gəlib.
Ötən mövsüm həm Premyer Liqanın, həm də ölkə kubokunun sahibi olan Kiyev təmsilçisi superkuboku da qazanmağı hədəfləyirdi. Lakin matça əlavə edilmiş dəqiqələrdə iki qol vuran "Şaxtyor" superkuboka yiyələnib - 2:0.
saytlarin hazirlanmasi