28 nömrəli forma ilə çıxış edəcək
İtaliyanın“Yuventus” klubu yeni transferi Sami Xediranın rəsmi təqdimatını keçirib.
Sportal.az xəbər verir ki, klub idarəçiləri alman futbolçunu mətbuat önünə çıxarıblar. Onunla 4 illik müqavilə imzalanıb. Xedira “qoca sinyora”nın heyətində 28 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, əlcəzair əsilli alman futbolçu “Yuventus”a “Real”dan azad agent statusu ilə keçmişdi.