"Xəzər Lənkəran"da Fransız hücumçu

00:12 - 16 İyul 2015

Yaxın günlərdə düşərgəyə qoşulacaq

 

Növbəti mövsümə hazırlığını Türkiyənin Nevşehir şəhərinin Kapadokya bölgəsində davam etdirən "Xəzər Lənkəran"a yeni futbolçu, hücumçu qoşulacaq.

 

Sportal.az xəbər verir ki, Yunis Hüseynovun istədiyi ilə komandaya yenidən bir neçə futbolçu davam edən təlim-məşq toplanışı çərçivəsində qoşulacaqdır ki, onlardan biridə ən yaxın günlər ərzində düşərgəyə gələcək olan əslən Seneqallı, hal-hazırda Fransa vətəndaşlığı daşıyan 31.08.1985 təvəllülü hücumçu Limam İsaak Seydidir. Son klubu Macarıstanın "Nyíregyháza Spartacus" olan Limam Seydi bu komandada ümulikdə 15 oyuna 2 qolla yadda qalıb. Futbolçunun ən yaxın günlərdə düşərgəyə qoşulacağı deyilir.

 

xl-fans.com

Xəbər xətti