“Dinamo” Lüksemburq çempionun müqavimətini qıra bilmədi
Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində 5 qarşılaşma keçirilib.
Sportal.az xəbər verir ki, ilk oyunlar çərçivəsində baş tutacaq qarşılaşmalardan biri Bakıda baş tutub.
Qitənin ən nüfuzlu turnirində ölkəmizi təmsil edən “Qarabağ” doğma divarlar arasında Çernoqoriya çempionu “Rudar”ı sınağa çəkib. 90 dəqiqə ərzində üstünlüyə sahib olan Ağdam təmsilçisi rəqib qapısına yol tapa bilməyib və qarşılaşma qolsuz başa çatıb.
Gecənin ən sensasiyalı nəticəsi isə İsveçdə keçirilən “Malmö” – “Jalgiris” duelində qeydə alınıb. Belə ki, ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan Skandinaviya təmsilçisi doğma meydanda Litva çempionunun müqavimətini qıra bilməyib – 0:0
15 iyul
Çempionlar Liqası, II təsnifat mərhələsi
“Qarabağ” (AZƏRBAYCAN) - “Rudar” (Monteneqro) 0:0
“Malmö” (İsveç) - “Jalgiris” (Litva) 0:0
BATE (Belarus) - “Dandalk” (İrlandiya) 2:1
Qollar: Karnitski, 11, Yablonski, 38 - Makmillan, 32
“Seltik” (Şotlandiya) - “Styarnan” (İslandiya) 2:0
Qollar: Boyata, 44, Yohanes, 56
“Dinamo” (Zaqreb, Xorvatiya) - “Fola” (Lüksemburq) 1:1
Qollar: Henrikes, 36 - Haci, 25
saytlarin hazirlanmasi