"Qırmızı şeytanlar” Bentekeylə müqavilə bağlayır
“Mançester Yuneyted“ klubu həftənin sonuna qədər “Aston Villa”nın hücumçusu Bentekenin keçidini rəsmləşdirəcək.
Sportal.az xəbər verir ki, belçikalı futbolçunun transferiylə bağlı tərəflər ümumi razılığa gəliblər.
“Qırmızı şeytanlar” 24 yaşlı hücumçunun keçidi qarşılığında “Aston Villa”ya 32,5 milyon funt sterlinq ödəyəcək.
Qeyd edək ki, ötən mövsüm İngiltərə Premyer Liqasında 34 oyuna çıxan futbolçu 15 qol vurub və 2 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi