UEFA yeni reytinq siyahısını açıqladı

11:15 - 16 İyul 2015

Azərbaycan 28-cidi

 

UEFA-nın reytinq siyahısı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları başa çatandan sonra siyahlıda müəyyən dəyişikliklər olub.

 

Monteneqronun “Rudar” klubunu qəbul edən Azərbaycan çempionu “Qarabağ”ın öz meydanında qolauz heç-heçə ilə kifayətlənməsi ölkəmizin hesabına 0,125 xal gətirib. Bununla da komandalarımızın cari mövsümdə əldə etdiyi xal sayı 0,875-ə çatıb.

 

“İnter”, “Qəbələ” və “Neftçi” hərəyə 0,250 xal əldə edibsə, “Qarabağ” bunun yarısı ilə kifayətlənib. Son 5 mövsümün nəticəsinə görə hesablanan əmsalımız isə 11,375-ə çatıb. Bu da Azərbaycanın 28-ci pillədə olan Serbiyaya çatması ilə nəticələnib. Lakin cari mövsümdə daha uğurlu çıxış edən balkanlılar irəliləməyimizə imkan verməyib. Bu üzdən də Azərbaycan cədvəldə 29-cu yerdə qalıb.

 

Qeyd edək ki, siyahıya İspaniya (84,070), Almaniya (65,463) və İngiltərə (63,784) başçılıq edir.

 

Xəbər xətti