3 oyunluq cəza
UEFA-nın Nəzarət, etik və intizam komitəsi Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost” – “Neftçi” oyunu barədə qərar qəbul edib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, iyulun 9-da Podqoritsa şəhər stadionunda keçirilən matçın (1:1) sonunda hər iki komandanın futbolçuları arasında yaranmış münaqişəyə görə “Neftçi”nin iki üzvü – Aylton Fereyra və Maksim Vaylo cəzalandırılıb.
Hər iki futbolçu 3 oyunluq diskvalifikasiya edilib.