"Quançjou Everqrand" klubu ilə anlaşıb
Braziliya millisinin üzvü Robinyo karyerasını Çində davam etdirəcək.
Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçu "Quançjou Everqrand" klubu ilə anlaşıb.
Klubun rəsmi saytından verilən açıqlamada Robinyo ilə 6 aylıq müqavilənin imzalandığı bildirilib. O, yeni komandasında 60 nömrəli formanı geyinəcək. "Quançjou Everqrand" klubu Braziliya yığmasının sabiq baş məşqçisi Luis Felipe Skolari çalışdırır.
saytlarin hazirlanmasi