"Beşiktaş"da ciddi itki

19:47 - 16 İyul 2015

Tolqay Arslan zədələnib

 

Türkiyə Super liqasının ilk turunda “Kayserispor” ilə qarşılaşacaq olan “Beşiktaş” ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, "qara qartal"ın  24 yaşlı yarımmüdafiəçisi Tolqay Arslan məşq zamanı əzələsini dartıb.

 

Həkimlər futbolçunun zədəsinin ciddi olduğunu bildirib. Arslan 6 ay yaşıl meydanlardan uzaq qalacaq.

Xəbər xətti