Ramil Şeydayev qol vurdu Rusiya finala yüksəldi

00:01 - 17 İyul 2015

Yarımfinal matçı

 

Yunanıstanda keçirilən 19 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundu çərçivəsində ilk yarımfinal oyunu keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Ramil Şeydayev və Ayaz Quliyevin şərəfini qoruduğu Rusiya millisi Yunanıstanı 4:0 hesabı ilə məğlub edib. Şeydayev komandasının üçüncü qolunu vurub. O, 64-cü dəqiqədə penaltidən fərqlənib. R.Şeydayev və A. Quliyev görüşü əvəzolunmadan keçiriblər.

 

Qeyd edək ki, Rusiyanın finaldakı rəqibi Fransa - İspaniya matçının qalibi olacaq.

Xəbər xətti