"Premyer Liqa mənə AZAL vasitəsilə qismət oldu"
Xəbər verdiyimiz kimi, AZAL "Neftçala"dan ayrılan Məhəmməd Bədəlbəyli ilə 2 illik müqavilə imzalayıb.
Sportal.az-a açıqlama verən yeni transfer bunları qeyd edib:
"Premyer Liqa klubunda olmaq xoş hissdi. Biz aprel ayından Premyer Liqanı düşünürdük. Lakin məlum səbəblərdən "Neftçala"nın heyətində buna nail ola bilmədik. Premyer Liqa mənə AZAL vasitəsi ilə nəsib oldu. Hər işdə bir xeyir var. Sevinc hissi ilə yanaşı içimdə özümü sübut etmək hissi də var. Bu il Premyer Liqada çıxış etmək çox vacib idi mənim üçün. Özümü yaxşı tərəfdən göstərəcəyimə inanıram".
saytlarin hazirlanmasi