"Qəbələ"də 2 ciddi itki

12:35 - 17 İyul 2015

Floresku və Vernidub cəzalı duruma düşdü

 

"Qəbələ" Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi "Çukariçki" (Serbiya) ilə cavab matçına ciddi itkilərlə çıxacaq.

 

Sportal.az xəbər verir ki, Bakıda keçiriləcək qarşılaşmada yarımmüdafiəçi Georgi Floresku və müdafiəçi Vitali Vernidub iştirak edə bilməyəcək.

 

Buna səbəb hər iki oyunçunun "Çukariçki" ilə səfər matçında sarı vərəqə limitini doldurmasıdır. Qeyd edək ki, Vernidubla Floresku cari mövsümdəki ilk iki sarı vərəqəni birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşdıqları Tiflis "Dinamo"su ilə oyunlarda almışdılar.

 

 "Qəbələ" ilə "Çukariçki" arasındakı cavab oyunu iyulun 23-də "Bakcell Arena"da keçiriləcək və saat 21:00-da başlayacaq.

Xəbər xətti