Azərbaycan yenə 29-cu pillədə

13:24 - 17 İyul 2015

Mövqeyimizi qoruduq

 

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ötən gecə baş tutan ilk oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərməyib.

 

Sportal.az xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki mövqeyini qoruyub.

 

Qeyd edək ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində "İnter"lə "Qəbələ" təmsil edir. Bölgə klubu ötən gecə səfərdə Serbiya "Çukariçki"si ilə qarşılaşdı və 0:1 hesablı məğlubiyyətlə üzləşdi. Bakılılar isə İslandiya "Hafnarfyordur"u üzərində əzmkar səfər qələbəsinə imza atdılar - 2:1. Məhz "İnter"in bu qələbəsi ölkəmizin reytinq hesabına əlavə 0,250 xal yazdırmış oldu.

 

Bununla da Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatı 11.625-ə yüksəldi. Ölkəmiz 54 ölkə arasında 29-cu pillədədir. 11.625 xaldan 1.125-i cari mövsümdə qazanılıb ("İnter" - 0.500, "Neftçi" - 0.250, "Qəbələ" - 0.250, "Qarabağ" - 0.125).

Xəbər xətti