"Qəbələ"nin kapitanı təhlükə qarşısında

14:33 - 17 İyul 2015

Sarı vərəqə alarsa komandasına kömək edə bilməyəcək

 

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Çukariçki" ilə keçirilən matçda "Qəbələ"nin kapitanı sarı vərəqə ilə cəzalandırılıb.

 

Sportal.az xəbər verir ki, bu onun təsnifat mərhələlərində 2-ci sarı vərəqədir. Əgər Bakıda keçiriləcək cavab maatçında da Hüseynov sarı vərəqə alarsa "Qəbələ" mərhələ adlayacağı təqdirdə o komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, cavab oyunu iyulun 23-ü saat 21:00-da Bakıdakı "Bakcell Arena"da keçiriləcək.

Xəbər xətti