3 yoxlama matçı
"Neftçi" yeni mövsümə hazırlıq üçün planlarını açıqlayıb.
Sportal.az xəbər verir ki, paytaxt klubu Türkiyəyə gedəcək. Afyonda hazırlıq keçəcək "ağ-qaralar" qardaş ölkəyə iyulun 19-da gedəcək. Baş məşqçi Samir Əliyev komandasısı qardaş ölkədə avqustun 1-dək hazırlayacaq.
Bu müddət ərzində "Neftçi" üç yoxlama oyunu da keçirəcək. İyulun 24-də paytaxt klubunu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Faysali" ilə görüş gözləyir. Bundan dörd gün sonra komanda yerli "Antalyaspor"la qarşılaşacaq. Hansı ki, Türkiyə Super Liqasında çıxış edən bu klub bir müddət öncə kamerunlu ulduz futbolçu Samuel Eto`O ilə güclənib. Bakılıların son rəqibi isə Yunanıstanın "Panionios" klubu olacaq. Bu görüş iyulun 31-nə təsadüf edəcək.
saytlarin hazirlanmasi