Destro "Fiorentina"ya keçə bilər

21:50 - 17 İyul 2015

İcarə əsasında çıxış edəcək

 

"Roma"nın hücumçusu Mattia Destro karyerasını "Fiorentina"da davam etdirə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu icarə əsasında növbəti mövsümü "Fiorentina"da keçirməyə çox yaxındır.

 

Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Milan"da keçirən Destro çıxdığı 15 matçda 3 qolla yadda qalıb.

Xəbər xətti