Fransalı futbolçu "Xəzər Lənkəran" üçün Türkiyəyə gəldi FOTO

00:25 - 18 İyul 2015

Bu gündən komandaya qoşulur

 

Türkiyədə hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran”ın düşərgəsinə yeni futbolçu gəlib.

 

Sportal.az xəbər verir ki, əslən seneqallı olan Limam Seydi artıq komandanın heyətinə qoşulub. 29 yaşlı hücumçunu klubumuzun əməkdaşları iyulun 17-də Bakı vaxtı ilə saat 20:45-də Nevşehir yaxınlığında yerləşən Gülşehir şəhərciyinin hava limanında qarşılayıblar.

 

Qeyd edək ki, fransalı futbolçu iyulun 18-də keçiriləcək məşqdə iştirak edəcək. (12cioyuncu.info)

 

Xəbər xətti