Mövlud Ərdinc “Hannover”lə müqavilə bağladı
Türkiyə millisinin hücumçusu Mövlud Ərdinc karyerasını Almaniyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, son mövsümü Fransanın “Sent-Etyenn” klubunda keçirən 28 yaşlı futbolçu “Hannover”lə 3 illik müqavilə bağlayıb.
Bundesliqa təmsilçisində ilinə 3,5 milyon avro qazanacaq türkiyəli futbolçu ötən mövsüm Fransa Liqasında 8 qol vurub. .
Qeyd edək ki, Mövlud Ərdin karyerası ərzində Fransanın “Soşo”, PSJ və “Renn” klublarında forma geyinib.
saytlarin hazirlanmasi