"Xəzər Lənkəran"ın növbəti rəqibi də bilindi

01:40 - 18 İyul 2015

Cənub təmsilçisi “Antalya Kundu Spor”a qarşı
 
Növbəti mövsümün hazırlıqlarını “Xəzər Lənkəran” Türkiyənin Kapadokiya bölgəsində davam etdirir.
 
Sportal.az xəzər verir ki, “ağ-yaşıllar”ın qarşıda hazırlıq oyunu keçirəcəyi rəqibinin kimliyinə aydınlıq gəlib.
 
Belə ki, Cənub təmsilçisi yoxlama matçında “Antalya Kundu Spor”u sınağa çəkəcək. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 20:00-da klubun yerləşdiyi otelin stadionunda baş tutacaq.
 
Bu, Yunis Hüseynovun komandasının Türkiyədə keçirəcəyi 3-cü hazırlıq oyunu olacaq.
 
Xatırladaq ki, ilk iki oyunda “Xəzər Lənkəran” “Niğdespor”a qalib gəlib (1:0), Super Liqa təmsilçisi “Kasımpaşa”ya isə məğlub olub (0:2).
 
Mənbə: apasport.az

Xəbər xətti