Təcrübəli hücumçu seçim qarşısında
“Çelsi”dən ayrılan Didye Droqba ABŞ-dan təklif alıb.
Sportal.az xəbər verir ki, 37 yaşlı futbolçunu “Çikaqo Fayr” klubu heyətinə qatmaq istəyir.
ABŞ təmsilçisi bir il yarım müqavilə qarşılığında təcrübəli futbolçuya 2,5 milyon dollar təkilf edib. “Çikaqo Fayr”lə yanaşı, azad agent statuslu hücumçunu Qətər klubları da maraq göstərir.
Qeyd edək ki, ötən mövsüm ümumilikdə 40 oyun keçirən Didye Droqba 7 qol vurub.
saytlarin hazirlanmasi