Yunanıstanlı hücumçu müqaviləsini ləğv etdi

02:20 - 18 İyul 2015

“Vest Bromviç” Samarasla yollarını ayırdı
 
Yunanıstan millisinin hücumçusu Georgios Samaras “Vest Bromviç” klubuyla yollarını ayırıb.
 
Sportal.az xəbər verir ki, ötən mövsümü Ərəbistanın “Əl-Hilyal”da icarə əsasında oynayan 30 yaşlı futbolçu İngiltərəyə qayıtmaq istəməyib.
 
Belədə təcrübəli hücumçu “Vest Bromviç”lə qüvvədə olan 1 illik müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.
 
Qeyd edək ki, Ərəbistan klubunda 5 oyun keçirən futbolçu fərqlənə bilməyib.            

Xəbər xətti