İspaniyalı futbolçunu heyətinə kim qatcaq?
“Barselona”lı hücumçu Pedro Rodrigesi heyətinə qatmaq istəyən 3-cü İngiltərə klubu “Mançester Yunayted”dir.
Sportal.az xəbər verir ki, “manukunyanlar”dan əvvəl ispan futbolçuya “Çelsi” və “Liverpul” təklif göndərib.
Bu mübarizədə rəqiblərindən geri qalmayan “Qırmızı şeytanlar” 27 yaşlı futbolçuya görə kataloniyalılara daha sərfəli təklif irəli sürüb. İngiltərə təmsilçisi Pedronun keçidi qarşılığında “Barsa”ya 22 milyon funt sterlinq ödəməyə hazırdır. Baş məşqçi Luis Enrikenin futbolçunu israrla düşərgədə saxlamaq istəyi isə transferin reallaşmasına mane olur. Ötən mövsüm ümumilikdə 50 oyun keçirən hücumçu 11 qol vurub və 9 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi