2 illik müqavilə
"Porto"nun yarımmüdafiəçisi Rikardo Kuarejma karyerasını yenidən "Beşiktaş"da davam etdirəcək.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "qara qartallar" 31 yaşlı futbolçu ilə razılığa gəlib və futbolçu 2 gün ərzində İstanbula gələrək rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, Kuarejma "Beşiktaş"da illik 1,3 milyon avro qazanacaq.
saytlarin hazirlanmasi