4 illik müqavilə
"Kalyari"dan ayrılan yarımmüdafiəçi Albin Ekdal karyerasını Almaniyada davam etdirəcək.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu "Hamburq"la 4 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Ekdal ötən mövsüm "Kalyari"nin heyətində çıxdığı 33 matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.