DÇ-2015-də yarımfinalçılar bəlli oldu

15:16 - 18 İyul 2015

1/4 final matçları

 

Çimərlik futbolu üzrə Portuqaliyada keçirilən dünya çempionatında mübarizə davam edir. 

 

Sportal.az xəbər verir ki, artıq turnirin bütün yarımfinalçılarının kimliyinə aydınlıq gəlib. Günün ilk matçında Rusiya çətinliklə olsa da, Braziliyanı məğlub edib. Ev sahibi Portuqaliya İsveçrədən, İtaliya isə Yaponiyadan üstün olub. Turnirin sürpriz komandası Taiti isə İranı mübarizədən kənarlaşdırıb. 

 

Qeyd edək ki, İtaliya - Taiti və Portuqaliya - Rusiya arasında keçiriləcək yarımfinal matçları bu gün baş tutacaq.

 

 

1/4 final

Braziliya - Rusiya - 5:6 (əlavə vaxt)

Portuqaliya - İsveçrə - 7:3

İtaliya - Yaponiya - 3:2

Taiti - İran - 5:4

Xəbər xətti