"Bursaspor" çilili hücumçu transfer etdi

18:23 - 18 İyul 2015

3 illik müqavilə imzalanıb

 

Əsas futbolçularından olan Beluşşi və Fernandao ilə yollarını ayıran "Bursaspor" heyətini çilili forvardla gücləndirib.

 

Sportal.az xəbər verir ki, Superliqa təmsilçisi "Parma"nın keçmiş hücumçusu Kristobal Xorkeranı transfer edib. Onunla 2018-ci ilə kimi müqavilə imzalanıb. "Parma" iflasa uğrayandan sonra bütün futbolçular buraxıldığı üçün Xorkera azad agent kimi "Bursaspor"a keçib. O, daha öncə "Eskişehirspor", "Genoa" və "Colo-Colo" klubunda çıxış edib.

Xəbər xətti