Zaza Turin klubunda
"Yuventus" yeni transferi Zazanı təqdim edib.
Sportal.az xəbər verir ki, hücumçu Turin klubunda 7 nömrəli forma ilə çıxış edəcək.
Böyük klubda oynamağın hər kəsin arzusu olduğunu deyən futbolçu, çətin rəqabət olacağını, ancaq bundan qorxmadığını bildirib:
"7 nömrəli formanı milli komanda da geyinirəm. Xoşuma gəlir. İnanıram ki burda da uğurlu olacaq".