Rodolfo da "Beşiktaş"a keçir

02:30 - 19 İyul 2015

İstanbul təmsilçisi braziliyalı müdafiçiylə anlaşdı  
 
Braziliyanın “Qremio” klubunda forma geyinən Rodolfo karyerasını Türkiyədə davam etdirəcək.
 
Sportal.az xəbər verir ki, müdafiəni gücləndirmək istəyən “Beşiktaş” 28 yaşlı müdafiçiylə  razılığa gəlib.
 
Gələn həftə İstanbula gələcək braziliyalı futbolçu tibbi baxışdan uğurla keçərsə, “Qara qartallar” onunla 4 illik müqavilə bağlayacaq. Rodolfonun transferi qarşılığında istanbullular “Qremio”ya 3 milyon avro ödəyəcək.         

Xəbər xətti