Maradonanın xanımı əmanətə xəyanət edib

02:46 - 19 İyul 2015

Argentinalı mütəxəssisin bankdan 8,7 milyonu yoxa çıxıb    
 
Argentina futbolunun əfasənəsi sayılan Dieqo Armando Maradonanın bank hesabından 8,7 milyon dolları yoxa çıxıb.
 
Sportal.az xəbər verir ki, 54 yaşlı mütəxəssis pulların hesabdan çəkilməsində ilk həyat yoldaşı Klaudio Villafaneni ittiham edir.
 
İstintaq orqanları araşdırmalarda bankdan pulların nə vaxt çıxarıldığnıı və hansı ölkəyə köçürüldüyünü müəyyən edib. Argentinalı veteran futbolçu iddia edib ki, həyat yoldaşı onun hesabından  “oğurladığı” pullarla ABŞ-da 2 milyonluq ev alıb və qalan əmanəti Uruqvayda öz bank hesabına yatırıb.
 
Dieqo Maradona onun bu hərəkətinə belə münasibət bildirib:
 
“13 il bir yerdə ömür sürdüyüm həyat yoldaşımın belə bir yola əl atacağına inanmazdım. Bunu görəndən sonra artıq deməyə sözüm qalmadı”.         

Xəbər xətti