AZAL əvəzediciləri darmadağın etdi

11:55 - 19 İyul 2015

Yoxlama matçı

 

Yeni mövsümə hazırlıqları davam etdriən AZAL növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, "təyyarəçilər" bu dəfə əvəzedicilərdən ibarət komandasıyla qarşılaşıb. Klubun Şüvəlandakı bazasında baş tutan matçda əsas komanda 6:0 hesabı ilə qalib gəlib. İlk yarısı 1:0 hesabıyla yekunlaşan oyunda AZAL-ın əsas komandasından Elmin Çobanov, Tərlan Xəlilov (2), Elton Hüseynov, Məhəmməd Bədəlbəyli və Murad Səttarlı fərqlənib.

 

Qeyd edək ki, daha öncə əvəzedicilər (4:0) və U-19 millimiz üzərində qələbə (3:2) qələbə qazanan paytaxt klubu "Sumqayıt"la heç-heçə (2:2) etmiş, "Kəpəz"ə yenilmişdi (1:2).

Xəbər xətti