Portuqaliya Taiti ilə üz-üzə
Çimərlik futbolu üzrə dünya çempionatının finalçıları müəyyənləşib.
Sportal.az xəbər verir ki, yarımfinal matçında təşkilatçı Portuqaliya ilə son 2 mundialın qalibi Rusiya milli komandaları üz-üzə gəlib. Görüş Portuqaliya millisinin qələbəsi ilə yekunlaşıb - 4:2. Taiti isə İtaliya millisini əsas vaxtı 6:6 yekunlaşan matçda penaltilər seriyasında 3:1 məğlub edərək adını finala yazdırıb.
Finalda Portuqaliya millisi Taiti ilə, 3-cü yer uğrunda görüşdə isə Rusiya İtaliya ilə üz-üzə gələcək. Hər iki qarşılaşma bu gün keçiriləcək.
saytlarin hazirlanmasi