"Antalyaspor" Tottiyə illik 10 milyon avro verməyə hazırdı

12:52 - 19 İyul 2015

Əfsanə Superliqaya gəlir?

 

"Roma"nın canlı əfsanəsi Françesko Totti karyerasını Türkiyədə davam etdirə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Samuel Etonu heyətinə qatan "Antalyaspor" Totti üçün fantastik təklif etmək niyyətindədir. Belə ki, 38 yaşlı futbolçu üçün Superliqa klubu illik 10 milyon avroluq təklif göndərməyə hazırlaşır. 

 

Qeyd edək ki, Tottinin "Roma" ilə müqaviləsi 2016-cı ildə başa çatır.

Xəbər xətti