"Mançester Siti"dən 18 yaşlı futbolçuya 11 milyon funt-sterlinq

13:27 - 19 İyul 2015

Millinin üzvü "şəhərlilər"də?

 

"Fulhem"in 18 yaşlı futbolçusu Patrik Roberts karyerasını "Mançester Siti"də davam etdirə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Roberts üçün "şəhərlilər" 11 milyon funt-sterlinqlik təklif göndərməyə hazırlaşır.

 

Qeyd edək ki, Roberts həmçinin İngiltərənin aşağı yaş qrupları üzrə millisində oynuyur.

Xəbər xətti