"Liverpul"dan "Real"ın futbolçusuna 20 milyon avro

15:27 - 19 İyul 2015

Premyer Liqaya gələcək?

 

"Real"ın yarımmüdafiəçisi Asyer İlyaramendi karyerasını İngiltərədə davam etdirə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 25 yaşlı futbolçunu heyətinə qatmaqda israrlı olan "Liverpul" 20 milyon avrosundan da keçməyə hazırdı. 

 

Qeyd edək ki, "Kral klubu"nda əsas heyətə düşməkdə çətinlik çətən İlyaramendinin komandadan ayrılacağı gözlənilir.

Xəbər xətti